Rusiya Prezidenti Vladimir Putin yaşıl energetikaya mane olmaq üçün yaxın illərdə Avropa qaz bazarına nəzarət uğrunda mübarizə aparacaq.
Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.
“Təəssüf ki, çoxları Avropada Rusiyanın mövqeyini qiymətləndirmədilər. Onlar düşünürdülər ki, “Şimal axını” uğrunda mübarizə aparacaqlar, amma indi tamam başqa şey uğrunda savaşırlar. Putin çox yaxşı başa düşür ki, artıq yaşıl dalğa, yaşıl sunami gəlir. Bu o deməkdir ki, Putin yaxın illərdə Avropa bazarını uzunmüddətli kontraktlar hesabına nəzarətdə saxlamağa çalışacaq. Onun ambisiyaları “Şimal axını”nda yox, məhz bundadır. Buna görə o, hər şeyə hazırdır, çünki bu, Rusiya üçün yaxın illərdə həyatda qalmaq məsələsidir”, - Klimkin bildirib.