İsveçində Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib

İsveçində Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib backend

İsveçin Yöteborq şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Qazilər.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İsveç Azərbaycanlıları Koordinasiya
Şurasının və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra İsveç Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yönköpinq regionunun millət vəkili İradə Əliyevə Söderberg və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin rəhbəri Ülviyyə Nəcəf 44 günlük Zəfər yolu haqqında danışıblar. Onlar qeyd ediblər ki, Ali Baş komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin əldə etdiyi tarixi qələbə müstəqil Azərbaycan dövlətinin hərb tarixinə qızıl hərflərlə həkk olunub. Vətən müharibəsi dönəmində və ötən bir il ərzində dünyanın müxtəlif ölkələrində, eləcə də İsveçdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirərək, tarixi gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş apardıqları xüsusi olaraq vurğulanıb.

Tədbir ədəbi-bədii proqramla davam edib. Tədbirdə Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da iştirak edib.

loading...
Diaspora