60 il əvvəl çamadanı əlində, ürəyində vətən həsrəti ilə Almaniyaya gedən vətəndaşlarımız bu gün 3,5 milyonluq əhalisi ilə Almaniyanın əvəzolunmaz, ayrılmaz və vazkeçilməz hissəsinə çevriliblər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomesaj vasitəsilə Almaniyanın Ştutqart şəhərində keçirilən Türkiyə-Almaniya əmək miqrasiya müqaviləsinin 60-cı ildönümündə deyib.
"Köçün ilk illərində ağır iş şəraiti ilə üzləşən və fərqli mədəniyyətdə yaşamağın gətirdiyi çətinliklərlə mübarizə aparan türklər II Dünya müharibəsindən sonra Almaniyanın dirçəlməsində aparıcı rol oynadılar", - deyə Ərdoğan bildirib.