Ərdoğanla Baydenin görüş vaxtı açıqlandı

Ərdoğanla Baydenin görüş vaxtı açıqlandı backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.

Bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata görə, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.

Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.

loading...
Diaspora