“Paşinyanı heç vaxt bu vəziyyətdə görməmişdim...” - O, müxalifətlə görüşdə nələr deyib?

“Paşinyanı heç vaxt bu vəziyyətdə görməmişdim...” -  O, müxalifətlə görüşdə nələr deyib? backend

Bir il əvvəl, ötən ilin oktyabrında Azərbaycan ordusu işğal edilmiş əraziləri, yaşayış məntəqələrini bir-birinin ardınca azad edəndə Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdənkənar müxalifət qüvvələri ilə iki məsləhətləşmə keçirmişdi.

Qazilər.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin məsləhətləşmələrdə iştirak edənlərdən biri, Respublika partiyasının sədr müavini Eduard Şarmazanov indi onun nə barədə danışdıqlarını açıqlayıb.

Ötən gün oktyabrın 29-da Yerevanda keçirdiyi mətbuat konfransında Şarmazanov deyib ki, birinci görüş oktyabrın 12-də olmuşdu.

“Nikol Paşinyan situasiyanı təqdim etdi. Dedi ki, Talış artıq verilib, Madagiz (Suqovuşan,-red.) uğrunda döyüşlər gedir. Cəbrayıl verilib, Hadrut uğrunda döyüşlər gedir, hərçənd bizdə informasiya var idi ki, Hadrut artıq Azərbaycan qüvvələrinin nəzarətindədir. Artıq görünürdü ki, biz qələbəyə yox, məğlubiyyətə gedirik. O dedi ki, işlər pisdir”, - Şarmazanov bildirib.

O deyib ki, Paşinyana Rusiyaya müraciət etməyi, müharibənin dayandırılması üçün addımlar atılmasını xahiş etməyi təklif edib. “Dedim əgər biz bu gün təqdim edilmiş təklifləri qəbul etməsək 1-2 gündən sonra daha çox ərazi və insan itkimiz olacaq, Paşinyan buna heç bir mənfi reaksiya vermədi”, - Şarmazanov bildirib.

Oktyabrın 19-da ikinci belə görüş olub. Şarmazanov deyib ki, onlar “situasiyadan çıxmaq üçün” bütün keçmiş prezidentlərin, müdafiə nazirlərinin, generalların iştirakı ilə qərargah yaratmağı təklif edib:

“Paşinyan gəldi, hansı ki, olduqca pis psixoloji vəziyyətdə idi, əvvəllər mən onu heç vaxt bu vəziyyətdə görməmişdim. O, vəziyyət barədə danışdı, qəbul elədi ki, bu artıq məğlubiyyətdir. Müxtəlif söhbətlər oldu, bu vaxta qədər müharibənin daha yaxşı şərtlər altında dayandırılması barədə təkliflər edildiyi deyildi. Əvvəlcə o dedi ki, bu “5+2” planıdır-Lavrov planıdır və ya onun modifikasiya edilmiş versiyasıdır. 5+2 planına Hadrut və Şuşa daxil deyil. Oktyabrın 19-da məndə belə təəsürat yarandı ki, bu adam məğlubiyyəti qəbul edib. Oktyabrın 19-da sənə müharibəni 5+2 sxemi üzrə dayandırmaq təklif edilir və sən bunu etmirsən? Əgər bilirsənsə ki, qələbə üçün heç bir ehtiyatın yoxdur, nəyə görə bununla razılaşmırsan?”.

loading...
Diaspora