“Oktyabrın 26-sı Ermənistanın beynəlxalq münasibətləri tarixində əlamətdar gün ola bilər, çünki ilk dəfə olaraq Ermənistanın yüksək rütbəli rəsmisi, indiki halda prezident Armen Sarkisyan Səudiyyə Ərəbistanı Krallığına səfər etdi”.
Qazilər.az Ordu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Müəllifin sözlərinə görə, məsələ burasındadır ki, Ermənistan müstəqillik əldə etdikdən sonra Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulmayıb.
“Səbəb Səudiyyə Ərəbistanı tərəfinin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyi mövqedir. Əlbəttə, son on ildə diplomatik əlaqələrin davam edən yoxluğuna baxmayaraq, Ermənistan və Səudiyyə Ərəbistanı arasında təbrik mesajlarının mübadiləsi praktikası formalaşdı, Səudiyyə Ərəbistanının kralı və vəliəhdi müstəqillik bayramı, habelə Ermənistandakı prezident seçkiləri münasibətilə prezident Serj Sarkisyanı, 2018-ci ildən sonra isə Armen Sarkisyanı təbrik edirdi. Serj Sarkisyan, daha sonra isə Armen Sarkisyan Səudiyyə Ərəbistanının müstəqillik bayramı münasibətilə təbrik məktubu göndərirdilər”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, bu günə qədər bu əlaqələr təbrik məktublarından o tərəfə keçməmişdi.