“Paşinyan hesab edir ki, Qarabağ Azərbaycandır” - Erməni general

“Paşinyan hesab edir ki, Qarabağ Azərbaycandır” -  Erməni general backend

Ermənistan Müdafiə Nazirliyi Baş Qərargah rəisinin sabiq müavini Movses Akopyan erməni ordusunun Azərbaycan ərazilərindəki mövqelərindən geri çəkilməsindən danışıb. 

Qaynarinfo xəbər verir ki, erməni general noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmada hər şeyin qeyd edildiyini deyib.

"Bu gün insanlar niyə başa düşmür və manipulyasiya edirlər, anlamıram. Həmin sənədi oxuyanda mənə aydın oldu ki, biz bu mövqelərdən çəkilməliyik. Orada çox aydın yazılıb ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri yalnız Ermənistan Respublikasının dövlət sərhədində dayanacaq. Ermənistan Respublikasının başqa yerdə silahlı qüvvələri olmayacaq” deyə Movses Akopyan bildirib.

Akopyan əlavə edib ki, onun üçün Zəngilan və Qubadlı Qarabağ deməkdir: "Nikol Paşinyan isə hesab edir ki, Qarabağ Azərbaycandır. Bu qədər sadə”.

Erməni generaldan əvvəl Sünik vilayətinin keçmiş qubernatoru bununla bağlı açıqlama vermişdi. O bildirmişdi ki, müharibədən sonra Ermənistanla sərhəddə yerləşən Zəngilan və Qubadlının bir sıra ərazilərindən qoşunların geri çəkilməsi əmrinin keçmiş Müdafiə naziri Vaqarşak Arutyunyan verib. Onun sözlərinə görə, ötən ilin dekabrın 17-də Arutyunyan Qorisə gələrək, qoşunların Gorus və Mehridən geri çəkilməsini, habelə Zəngilan və Qubadlıdakı mövqelərini Azərbaycana verilməsini tələb edib: "Məhz həmin qərar səbəbindən Azərbaycan Ordusu bu gün Qara gölün üstündə qərarlaşıb”.

loading...
Diaspora