“Ermənistanda bir çox insan Nikol Paşinyanla hesablaşmaq istəyir” - Maksim Şevçenko

“Ermənistanda bir çox insan Nikol Paşinyanla hesablaşmaq istəyir” -  Maksim Şevçenko backend

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Ermənistanda siyasi vəziyyət, hərbi çevrilişin mümkün olub-olmaması və s. məsələlərlə bağlı Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın həm ölkəsində, həm də Avropada kifayət qədər tərəfdaşı var:

“Hər halda Nikol Paşinyan hökumət başçısıdır, ölkədə çox şeyi o müəyyən edir, hüquq-mühafizə orqanları ona tabedir. O, çətin vəziyyətlərdə daxili siyasi qələbələr qazana bilər. Bunu növbədənkənar parlament seçkilərinin nəticələri də göstərdi.

Hesab edirəm ki, onu Ermənistan cəmiyyətinin kifayət qədər ciddi təbəqələri, o cümlədən Avropa da dəstəkləyir. Sonsuz müharibə istəməyən qüvvələr var, onlar güc strukturlarının üsyanını dayandırmaq üçün böyük potensiala malikdirlər”.

Mütəxəssis müharibənin lehinə olan qüvvələrin olmasında da söz açıb:

“Müharibə tərəfdarı olanlar da var. Bununla belə, Nikol Paşinyan hələ də xalqın əksəriyyətinin dəstəyini alır, bir daha təkrar edirəm, bunu parlament seçkilərinin nəticələri də göstərdi”.

M.Şevçenko eyni zamanda, Ermənistanda son yerli seçkilərdə Nikol Paşinyanın siyasi qüvvəsi - “Vətəndaş sazişi” partiyası kifayət qədər zəif nəticə göstərməsi məsələsinə də toxunub:

“Bəli, böhran var. Çünki Ermənistanda Azərbaycanla yeni müharibə istəyən ciddi revanşist qüvvələr var. Bu qüvvələr isə hakimiyyətə can atacaqlar, bu sadəcə aksiomadır. Arxayınlaşmağa və sakitləşməyə dəyməz. Ermənistanda bir çox insan Nikol Paşinyanla hesablaşmaq istəyir. Belə bir hadisə keçmişdə artıq olub: 22 il əvvəl Ermənistan parlamenti güllələnmişdi. Yəni, vəziyyət gərgin və təhdidedicidir”.

loading...
Diaspora