Çavuşoğlu: "Ermənistandan müsbət mesajlar var"

Çavuşoğlu: "Ermənistandan müsbət mesajlar var" backend

“Biz Ermənistanla münasibətlər məsələsində Azərbaycanla məsləhətləşmələr aparırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTurk”ə müsahibəsində jurnalisitin “Ermənistandan gələn müsbət bir mesaj varmı” sualına cavabında bildirib.

O, Ermənistanla sərhədin açılması ilə bağlı qarşı tərəfdən müəyyən müsbət ismarışlar gəldiyini qeyd edərək buna dair məsələləri Azərbaycanla məsləhətləşəcəklərini deyib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarına səfəri zamanı azərbaycanlı həmkarım Ceyhun Bayramovla görüşdüm. Bu məsələləri ətraflı müzakirə etdik. Ermənistan tərəfdən müəyyən müsbət mesajlar var. Bu mesajlara eyni formada cavab verəcəyimizi demişik. 

Azərbaycan münaqişədən sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif edir. Ancaq Ermənistan buna hələ də müsbət cavab verməyib. Ermənistanla münasibətlər məsələsində Azərbaycanla birgə hərəkət edəcəyimizi dəfələrlə demişik və bu mövqeyimiz də dəyişməz olaraq qalır". 

loading...
Diaspora