"Putinin sözlərində erməni tərəfi üçün təhlükəli tezislər gördüm” - Erməni jurnalist

"Putinin sözlərində erməni tərəfi üçün təhlükəli tezislər gördüm” -  Erməni jurnalist backend

“Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı cavabı mənə o qədər də xoş gəlmədi”.

Qazilər.az xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni jurnalist Nairi Hoxikyan yazıb.

Hoxikyan qeyd edib ki, Putinin sözlərində erməni tərəfi üçün təhlükəli tezislər görüb.

“Eyni zamanda Rusiya Prezidenti çox aydın şəkildə dedi ki, həllər üçün daha yaxşı variantların olduğunu söyləyən insanlar və siyasi qüvvələr var. Bacarırsınızsa, daha yaxşı variantlarla həll etməyə çalışın. Başqa cür desək, Putin işarə etdi ki, taleyimizə özümüz qərar veririk və ölkəmizin sərhədlərini kimlərsə çəkməlidirlər. Daha aydın mesaj olmur”, - deyə o bildirib.

Ordu.az

Diaspora