“Qərbin Rusiya ilə bağlı isteriyası və Vladimir Putini həqiqi şəkildə tanımaq istəməməsi, bu gün Rusiya prezidentinin “ən təhlükəli versiyası”nın ortaya çıxmasına səbəb olub”.
CNN telekanalının saytında xüsusi analitik yazıda bu cümlə əks olunub.
CNN Estoniyanın Müdafiə güclərinin keçmiş komandanı Rixo Terrasın bununla bağlı fikirlərini dərc edib. Vladimir Putini “küçə döyüşçüsü”nə bənzədən R.Terras onun əlinə düşən bütün imkanlardan yararlandığnı söyləyib.
“Qərb hələ konkilərin üzərində ayaqda durmağa çalışarkən Putin xokkey oynayır”, - deyə, eston general bildirib.
Yazıda Rusiya prezidentinin Avropada başlayan təbii qaz böhranında bir daha gücünü ortaya qoyduğu vurğulanıb.
“Enerji böhranı Rusiynın əlində AB ilə münasibətlərdə “təbii qaz” kimi qüdrətli bir silah olduğunu göstərdi. Kreml aqressivliyi qaşrısında aciz duruma düşən Qərbin icazəsini almadan rahat hərəkət edir”, - deyə, yazıda qeyd olunub.
Musavat.com