Araikin Moskva səfəri: Erməni terrorçular Qarabağdan çıxarılır?

Araikin Moskva səfəri:  Erməni terrorçular Qarabağdan çıxarılır? backend

Qarabağda baş separatçı Araik Arutyunyanın Moskvaya səfəri ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin məlumatı son proseslərin Bakı üçün qaneedici məcrada inkişafından xəbər verir.

Səfirlik Araikin Ermənistan pasportu ilə səfər etdiyini, erməni diasporu ilə görüşdüyünü və Rusiyanın dövlət strukturları, diplomat xətti ilə heç bir təmasın olmadığını açıqlayıb. Eyni səpkili məlumat separatçıların qondarma “naziri” David Babayanın da səfəri haqqında səsləndirildi.

Aprel ayında Araik Moskvaya gedərkən reaksiya belə deyildi, rəsmi olmasa da, xüsusilə media üzərindən sərt münasibət sərgiləndi və bununla Bakı öz mövqeyini də nümayiş etdirirdi.

İndi müşahidə olunan reaksiya proseslərin inkişafının müsbət olduğu və Bakının gözləntilərinə dair ehtimallar yaradır, xüsusilə Moskvada üçtərəfli görüşün keçiriləcəyi xəbərləri fonunda.

Sərhədlərin delimitasiyası ilə bağlı mümkün sənədin imzalanması və kommunikasiyanın açılması gözləntiləri erməni qoşunların Qarabağdan çıxarılmasını da şərtləndirir. Bu kontekstdə istisna deyil ki, Araikin Moskvaya gedişi erməni qoşunlarının çıxarılmasından sonrakı dövrün müzakirə edilməsi ilə bağlı olub.

Asif Nərimanlı / Axar.az

loading...
Diaspora