Bu gün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.
Qaziler.az Axar.az-a istinadən bildirir ki, təqdimat mərasimində yeni ostandar Zeynalabdin Rezəvi Xürrəm çıxış üçün kürsüyə çıxıb. Rezəvi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.
Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.
Hadisənin sosial şəbəkələrdə yayılan videosunu sizə təqdim edirik.
***
Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan ostandar Rezəvini farsca çıxış etməyə başlayarkən qəfildən şillə ilə vuran şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Əlizadədir.