Məhv edilmiş erməni əsgərin atası: “Qarabağın səmasının bağlı olduğunu söyləyən bu Arayik deyildi?”

Məhv edilmiş erməni əsgərin atası:  “Qarabağın səmasının bağlı olduğunu söyləyən bu Arayik deyildi?” backend

“Hamımız bilirik ki, Nikol Paşinyan müharibəni xain həyat yoldaşı ilə birlikdə gətirdi”.

Qazilər.az xəbər verir ki, bunu Ermənistanın “Nəsillər üçün həqiqət” təşəbbüsünün təşkil etdiyi müzakirə zamanı Qarabağ müharibəsinin ikinci mərhələsində məhv edilmiş erməni hərbi qulluqçunun atası Vardan Yermalovyan deyib.

Yermalovyan sual ünvanlayıb ki, İlham Əliyevin həyat yoldaşını Şuşaya çay içməyə dəvət edən Anna Hakobyan deyildi?

“İndi niyə getmir? O, bu şərtlərdən daha yaxşı şərtlərlə müharibəni hər an dayandıra bilərdi, dayandırmadı. Nə üçün? Dayandırmadı, çünki qanı sevir. Qarabağın səmasının bağlı olduğunu söyləyən bu Arayik Harutyunyan deyildi? Bağlı bu idi?”, - deyə Yermalovyan qeyd edib.

Ordu.az

Diaspora