“44 günlük müharibə zamanı Türkiyənin nəbzi Azərbaycanla vururdu” - Hikmət Hacıyev

“44 günlük müharibə zamanı Türkiyənin nəbzi Azərbaycanla vururdu” -  Hikmət Hacıyev backend

“Qardaş Türkiyə Vətən müharibəsində Azərbaycanın yanında oldu”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən Türk Şurasının Media Forumunda bildirib.

O bildirib ki, Türkiyə 44 günlük müharibə zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Azərbaycana siyasi, diplomatik, mənəvi dəstək nümayiş etdirib.

“Həmin dövrdə bütün Türkiyənin ürəyi, nəbzi Azərbaycanla vururdu. Nəhayət ki, Azərbaycan xalqının həsrətinə son qoyuldu, işğalda olan torpaqlar azad edildi. Türk Şurası müharibə dövründə Azərbaycana dəstəyini əsirgəmədi”, - deyə Hikmət Hacıyev əlavə edib.

Oxu.az

loading...
Diaspora