Stavropolda Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd edilib

Stavropolda Azərbaycanın Müstəqilliyinin Bərpası Günü qeyd edilib backend

Rusiya Federasiyasının Stavropol şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qazilər.az-a verilən məlumata görə, Stavropol diyarında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycanlıların Regional Milli - Mədəni Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını 30 il öncə Azərbaycanın dövlətçilik tarixində baş vermiş əlamətdar hadisə münasibətilə təbrik edən mərkəzin rəhbəri Fəxrəddin Yarıyev nəzərə çatdırıb ki, bu il bayramı ölkəmizin ərazi bütövlüyünü təmin etmiş qalib və vüqarlı xalq kimi qarşılayırıq.

Tədbir bədii proqramla davam edib.

Diaspora