Xəbər verdiyimiz kimi, dünən Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradov daha 5 erməni terrorçu hərbçisini Bakıdan apararaq İrəvana təhvil verib.
Son məlumata görə, İrəvanın Erebuni aerodromunda Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycandan gətirilən beş işğalçı hərbçini Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də təntənə ilə qarşılayıb.
Moderator.az xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.
Təqdim olunan foto və video-kadrlarda Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş komandirləri: generallar Rüstəm Muradov, Mixail Kosobokov və indiki komandir general Gennadi Anaşkin, eləcə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin əks olunub. Rusiya generalları, o cümlədən Rüstəm Muradov Rusiya səfiri Kopırkinlə, eləcə də Ermənistan Müdafiə Nazirliyinin generalları ilə mehribanlıqla qucaqlaşıb görüşürlər.//
Sputnik.am-ın təqdim etdiyi videolardan birində Rusiya generalları İrəvana enən təyyarədən düşdükdən sonra arxa kadrda təmiz rusca səs(çox güman ki, general R.Muradovun səsidir) eşidilir:
“Əzizim, sənin igidlərini gətirdik... Qoyun, artıq düşsünlər aşağı... Bizə hansısa iradlarınız yoxdur ki?” Erməni olduğu aydın bilinən digər səs isə belə cavab verir: Xeyr. Heç bir... Sağ olun...”
P.S. Göründüyü kimi, Rusiya səfiri və generallar Ermənistanın Azərbaycana qarşı müharibədə və mülki sakinlərə qarşı terror əməllərində iştirak etmiş hərbçilərini sanki öz doğma ordularının mənsubları kimi qarşılayıb ermənilərə təhvil verirlər. Bircə Rusiya prezidenti Putinlə müdafiə naziri Şoyqu çatışmır...