Ermənistan baş nazirinin müavini, üçtərəfli komissiyanın üzvü Mqer Qriqoryan Moskvaya səfər edəcək.
Modern.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, onunla birlikdə, Moskvaya xarici işlər nazirinin müavini Armen Qevondyan, ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyan daxildir. Oktyabrın 20-21-i tarixlərində baş tutacaq səfərin gündəliyi açılmır.
Amma ehtimallara görə, səfər zamanı Zəngəzur dəhlizi və digər nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda yeni iqtisadi layihələrin icrası müzakirə ediləcək.