Əliyev MDB iclasında şərtlərini açıqladı: Nikol razıdır...

Əliyev MDB iclasında şərtlərini açıqladı:  Nikol razıdır... backend

Əliyev MDB Dövlət Başçıları Şurasında Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara hazır olduğunu bildirdi.

Və “Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır” qeydi ilə bütün danışıqların Bakının şərtləri çərçivəsində ola biləcəyinin mesajını verdi.

Paşinyan çıxışında Azərbaycana qarşı ənənəvi ittihamları saxlasa da, Əliyevin şərtləri ilə razı olduğu görünür.

- Sərhədlərin delimitasiyası prosesinə hazırdırdırlar;

- Bütün kommunikasiyasının açılmasına hazırdırlar: bura Ermənistanın Azərbaycan vasitəsilə Rusiya və İranla əlaqə qurması və Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvanla dəmir yolu və avtomobil yolu (Zəngəzur dəhlizi) əlaqəsi qurması daxildir.

MDB iclasından öncə Moskvada Putinlə görüşdə Paşinyana bölgədə atılması vacib olan addımlar izah edilib: sərhədin delimitasiyası və kommunikasiyanın açılması ön plandadır.

Lakin Paşinyan Əliyevin sülh sazişi tələbini Minsk Qrupu çərçivəsində müzakirə etməyi istəyir: Bakının cari hədəfi sərhədin delimitasiyasının başa çatdırılmasıdır, bu, sülh sazişinin hansı platformada müzakirə edilməsindən asılı olmayaraq, Azərbaycanın masada əlini daha da gücləndirəcək.

Nikol Türkiyə ilə münasibətlərin normallaşmasına hazır olduqlarını və bunun da Rusiyanın vasitəçiliyi ilə ola biləcəyini qeyd etdi. Soçi və Moskva görüşündə müzakirə edilən məsələlələrdən biri də Ankara-İrəvan münasibətlərində Moskvanın vasitəçilik etməsi idi. Regional münasibətlərin Ankara-Moskva ikilisi tərəfindən qurulması sülh sazişi masasında Minsk Qrupunun digər iki həmsədr ölkəsinin – ABŞ və Fransanın mümkün iştirakını formallaşdırır və bu, Ermənistanın əlini zəiflədir.

Asif Nərimanlı / Axar.az

loading...
Diaspora