Anna Akopyandan Azərbaycana mesaj: “Buna hazırıq”

Anna Akopyandan Azərbaycana mesaj:  “Buna hazırıq” backend

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya Qadınlar Forumunda iştirak edib.

 

Teleqraf.com xəbər verir ki, Akopyan bu barədə Feysbuk səhifəsində məlumat verib.

 

Baş nazirin xanımı bildirb ki, qadınların sülh və etimad diplomatiyasının inkişafındakı missiyasına həsr olunmuş iclasda çıxış edib.

 

Anna Akopyan çıxışında deyib ki, Ermənistanın siyasi rəhbərliyi Cənubi Qafqaz regionunda düşmənçiliyi aradan qaldırmaq və bölgə xalqları üçün sülhyaratma prosesi formalaşdırmaq üçün konstruktiv (Azərbaycanla) dialoqa hazırdır.

 

Ona görə, qadınlar sülhə nail olmaq üçün alternativ platformalar yarada bilirlər.

 

Forum Rusiya Federasiya Şurası və MDB Parlamentlərarası Assambleyası tərəfindən təşkil edilib.

loading...
Diaspora