Rusiya XİN-dən növbəti Qarabağ AÇIQLAMASI

Rusiya XİN-dən növbəti Qarabağ  AÇIQLAMASI backend

"Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, habelə 11 yanvar 2021-ci il üçtərəfli razılaşmalarının bütün müddəalarının sözsüz yerinə yetirilməsinin tərəfdarıdır”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi həftəlik brifinqdə deyib.

"Biz hesab edirik ki, bununla Bakı və İrəvan arasında qarşılıqlı münasibətlərin, o cümlədən ikitərəfli mürəkkəb məsələlərin normallaşması üçün mühüm imkanlar yaranacaq”, - deyə M. Zaxarova əlavə edib.

O, Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin oktyabrın 13-də Moskvada keçirilmiş görüşünə də toxunub, bunu problemlərin aradan qaldırılması, etimad mühitinin yaradılması, habelə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması baxımından unikal format adlandırıb./apa

loading...
Aydinyol.az