Ermənistanın İrandakı səfiri dəyişdirildi

Ermənistanın İrandakı səfiri dəyişdirildi backend

Ermənistan İrana yeni səfir təyin edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Arsen Avaqyan Ermənistanın İrandakı səfiri təyin olunub. 

Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan isə geri çağırılıb. Onun yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl erməni mediası rəsmi Tehranın A.Tumanyanın fəaliyyətindən narazı olduğunu yazmışdı.

Diaspora