İran sabah genişmiqyaslı hərbi təlimlər keçirəcək

İran sabah genişmiqyaslı hərbi təlimlər keçirəcək backend

İran sabah genişmiqyaslı hava hücumundan müdafiə təlimləri keçirəcək.

"Qafqazinfo” "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Hətəm əl-Ənbiya Hava Müdafiə Qərargahı komandiri, general Qədir Rəhimzadə deyib.

O bildirib ki, "Vilayət səması müdafiəçiləri – 1400” adlı təlim ölkənin Kəbir çölündə baş tutacaq.

Təlimdə İran Ordusu Hava Qüvvələri, İnqilab Keşikçiləri Ordusu Hava Qüvvələri və Hava-Kosmos Qüvvələri birlikləri iştirak edəcək.

Qeyd olunub ki, sözügedən təlimlərin məqsədi birliklərin döyüşəhazırlıq qabiliyyətini gücləndirməkdir.

Təlimlərdə yerli istehsal hava müdafiə sistemləri, elektron hava sistemləri, döyüş təyyarələri, PUA-lar, ağıllı sursatlar və qanadlı raketlər yoxlanılacaq.

Diaspora