Siyavuş Novruzov Vahid Əhmədova söz atdı, cavabını aldı

Siyavuş Novruzov Vahid Əhmədova söz atdı, cavabını aldı backend

Milli Məclisin iclasında “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar Siyavuş Novruzovla Vahid Əhmədov arasında fikir ayrılığı yaranıb.

Oxu.Az-ın məlumatına əsasən, S.Novruzov bəzi şəxslərin özünü “istiqlalçı deputat” adlandırmasına etiraz eidb.

O qeyd edib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub.

“Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”, - deyə S.Novruzov əlavə edib.

V.Əhmədov isə qeyd edib:

“İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat Azərbaycanın SSRİ-dən ayrılmasına səs vermişdi. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.

loading...
Aydinyol.az