Sülhməramlılar bu tarixdə Qarabağı tərk edəcək - Dimitriyev

Sülhməramlılar bu tarixdə Qarabağı tərk edəcək -  Dimitriyev backend

Rusiya sülhməramlıları Qarabağı dörd ildən sonra tərk etmək məcburiyyətində qalacaqlar.

Axar.az xəbər verir ki, bunu “Ruskiy oriyentalist” Teleqram kanalının müəllifi, şərqşünas İqor Dimitriyev deyib.

“Dörd il ərzində çox şeylər baş verə bilər, situasiya əhəmiyyətli dərəcədə dəyişəcək. Rusiyanın orada qalmaq üçün hansısa əsası yoxdur. Sülhməramlıların burada yerləşməsi sadəcə Qarabağın ermənilər üçün itirilməsi prosesini daha az ağrılı edəcək.

Bu dörd il ərzində ermənilər Qarabağı tərk edəcəklər, etnik təmizləmə olmayacaq. Rusiya sülhməramlıları Qarabağdan ermənilərin tələsik olmayan, travmatik xarakter daşımayan evakuasiyasını ört-basdır edirlər”, – deyə o bildirib.

loading...
Aydinyol.az