Türkiyə və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Türkiyə və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək backend

Türkiyə və İran Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ankarada oktyabrın 8-də Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal və İran xarici işlər nazirinin müavini Əli Bağeri Keninin sədrliyi ilə siyasi məsləhətləşmələr keçiriləcək.

Məsləhətləşmələrdə Türkiyə-İran münasibətləri, eyni zamanda, regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparılacaq.

Diaspora