"İranın keçirdiyi təlimlərlə bağlı Azərbaycanın narahatlığı var" - Lavrov

"İranın keçirdiyi təlimlərlə bağlı Azərbaycanın narahatlığı var" - Lavrov backend

“Cənubi Qafqaz ətrafında cərəyan edən hadisələr kontekstində Azərbaycan, Ermənistan, Gürcüstana, İran, Rusiya və Türkiyənin daxil olacağı “3+3” formatının yaradılması təşəbbüsünü müzakirə etdik. İran bu təşəbbüsə müsbət yanaşır, eyni mövqeyi Azərbaycan və Türkiyədə də müşahidə edirik. Hazırda ermənistanlı həmkarlarımızla işləyirik. Hesab edirik ki, yaşadığı problemlərə rəğmən Gürcüstan da regionun sürətli inkişafı üzrə bu cür konsultasiyalar mexanizminin yaradılmasında öz marağını görə biləcək". 

“Report”un Rusiya bürosu məlumat verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra keçirilmiş mətbuat konfransı zamanı bildirib.

“Biz burada (regionda) hərbi aktivliyin artırılmasına, təxribatçı təlimlərə qarşıyıq. İranlı dostlarımızın bugünlərdə sərhəd yaxınlığında keçirdiyi təlimlərlə bağlı Azərbaycanın da ifadə etdiyi narahatlıqlar mövcuddur”, - Lavrov deyib.

loading...
Aydinyol.az