İranın qəzəbinin pərdəarxası: Bakı milyardları kəsdiyi üçün…

İranın qəzəbinin pərdəarxası:  Bakı milyardları kəsdiyi üçün… backend

İran-Azərbaycan münasibətlərinin hazırkı gərginliyinin başlanğıc nöqtəsi İranın Qafanda benzin daşıyan iki sürücüsünün həbsi deyil; guya İsrail ordusunun Qarabağa yerləşdirilməsi barədə gəzən şayiələr də deyil. Əslində Tehranın Bakıya qarşı siyasətinin kəskinləşməsinin səbəbi Azərbaycanın vaxtilə nəzarətsiz əraziləri və Rusiya vasitəsilə İrandan Latviyaya narkotranzitinə Azərbaycanın “stop” verməsidir. Bu yaxınlarda Biləsuvarda yarım ton heroin müsadirə edildi, bunu da yaddan çıxarmayın!

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

“Nəzərə alın ki, bu, İranın Azərbaycan ərazisindən keçirmək istədiyi və Bakı tərəfindən qarşısı alınan ilk iri narkotik partiyası deyil. 44 günlük müharibədən bu yana Azərbaycan xüsusi xidmət orqanları 1.5 tondan çox heroin trafikinin qarşısını alıb. Bu isə ümumilikdə İran narkoticarətinə ciddi zərbədir. Bakı İrana axan milyardlarla haram pulun qarşısını alır...

Heç vaxt inanmaram ki, İran hakimiyyəti narkotrafiki təşviq etməsin. Onlar nəinki bu barədə bilir, həm də bunu öz geosiyasi məqsədləri üçün istifadə edirlər. Heç kimə sirr deyil ki, İranın Yaxın Şərqin ən müxtəlif ölkələrində — Yəməndən İraqa qədər şiə hərbi qruplaşmaları mövcuddur və onları qeyri-leqal gələn pullarla saxlamaq gərəkir.

Əks təqdirdə pullar büdcədən getsə, bu, beynəlxalq terrorizmə sponsorluğun İran tərəfindən açıq etirafı kimi qələmə alınacaq.

Haram pullarla terrorizmi maliyyəşdirən Tehran hazırda başqalarını terrorizmə dəstəkdə ittiham edir. Bu vəziyyət İranın 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsində olan gizli dəstəyini tam olaraq izah edir. Rəsmi Tehran Qarabağı Ermənistan və Gürcüstan vasitəsilə azad narkotrafik dəhlizi kimi illərdir istifadə edib. Əgər Azərbaycan bu narkotrafikin qarşısını almasaydı və ya heç olmasa ona çox ciddi zərbə vurmasaydı, əksinə, bu narkotikə razılıq versəydi, Bakı ilə Tehran arasında münasibətlərdə heç bir problem olmazdı.

Amma Azərbaycan İran narkotrafikinə çox ciddi maneə oldu və cavabında müşahidə etdiyimiz proseslər baş verdi.

Burada söhbət İran neft məhsullarının Azərbaycan ərazisindən Ermənistana qaçaqmalçılığından yox, beynəlxalq siyasətdə açıq danışılmayacaq daha ciddi məqamlardan gedir.

Mən əminəm ki, İran-Azərbaycan münasibətlərinin hazırkı gərginliyinin əsl səbəblərini Kreml də yaxşı anlayır və onu “sionist dövlət” iddialarının nəticəsi hesab etmir. Şübhəsiz ki, İran Rusiyanı öz tərəfinə çəkməyə, heç olmasa, beynəlxalq ticarət xətti ilə Azərbaycana və onun müttəfiqi olan Türkiyəyə daha intensiv təzyiq göstərməyə çalışacaq, amma çətin ki, buna nail olsun.

Rusiya indi iqtisadi yarıölümlükdədir - Avropa və Şimali Amerika ölkələri tərəfindən sanksiyaların sərtləşdirilməsinə səbəb olmamaq üçün İranın narkotrafik “yağına” batmağı Kremldə heç kim arzu etmir. Bu peyində çimmək görünür ki, yalnız İran və Ermənistana nəsib olacaq”, - deyə müsahibimiz vurğulayıb.

loading...
Aydinyol.az