İrəvan bunu etməsə, görüş olmayacaq - FOTO

İrəvan bunu etməsə, görüş olmayacaq -  FOTO backend

Türkiyənin Yıldız Teknik Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, professor Məhməd Akif Okurun Axar.az-a müsahibəsi:

- Azərbaycan torpaqlarının işğalda olduğu son 30 il müddətində Ermənistana qarşı mövqeyini ciddi şəkildə bildirməyən İran Qarabağ zəfərindən sonra iki ölkə sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməyə başlayıb. Bunun ardınca isə İrandakı müxtəlif siyasətçilər Azərbaycan əleyhinə fikirlər səsləndirməyə davam edirlər. Sizcə İran nə istəyir?

- Təbii ki, İranın sərgilədiyi bu mövqeyi mehriban qonşuluq münasibətləri ilə izah etmək mümkün deyil. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı həm də İranla olan sərhədlərini bərpa edib. Maraqlı məqam isə odur ki, təlimlər illər boyu işğal altında qalan sözügedən sərhəd bölgəsinə yaxın İran ərazilərində keçirilir. Digər tərəfdən müxtəlif siyasilər Azərbaycanı təhdid edən açıqlamalar verirlər. İran səbəb olaraq Azərbaycana başqa xarici qüvvələrin gətirildiyini söyləyir. Əgər İran onun şimal sərhədini təhdid edən bir xarici gücün bölgəyə yerləşdiyini iddia edirsə, bunun konkret dəlilləri olmalıdır. Ancaq İran heç bir dəlil göstərə bilmir. Bəs İran nə üçün belə davranır? Birinci səbəb odur ki, Qarabağ zəfəri bölgədəki qüvvələr balansını dəyişib. İran Zəngəzur dəhlizinin açılmasına yalnız nəqliyyat və kommunikasiya xətlərinin açılması kimi baxmır, eyni zamanda bunun yaradacağı geosiyasi nəticələrin bölgədə həmişəlik qalacağını düşünür. Yəni rəsmi Tehran Avropadan başlayan, Türkiyədən və Zəngəzur vasitəsilə Azərbaycandan keçərək Orta Asiyaya qədər uzanan yeni yolu özünün uzunmüddətli maraqlarına təhdid olaraq görür.

İkinci səbəb, Azərbaycanın Qarabağ zəfərindən sonra daha da güclənməsi, parlaması və cazibə mərkəzi halına gəlməsidir. İranda da ölkə əhalisinin təxminən yarısını Azərbaycan türkləri təşkil edir. Onlar da qələbədən çox şad oldular və özlərinə güvənləri artıb. İran bundan sonra onların mədəni tələblərinin artacağından da narahat ola və bunu əngəlləmək üçün “əzələ nümayişi” göstərə bilər. Lakin bütün hallarda İranın davranışlarına heç cür haqq qazandırmaq olmaz. Üstəlik müxtəlif siyasətçilər verdikləri fərqli açıqlamalarla Azərbaycanın müstəqilliyinə qarşı hörmətsizlik nümayiş etdirirlər. Azərbaycan İran torpağı deyil. Azərbaycan azad, müstəqil bir dövlətdir. Eyni zamanda din bağını Azərbaycanın müstəqilliyinə kölgə salmaq üçün istifadə etmək istəyənlərin də olduğunu görürük. Lakin bunlar ikitərəfli münasibətlərə qalıcı zərərlər yetirə bilər. Türkiyə və Azərbaycan burada bütün dövlətləri əhatə edən “Altılıq platforması” təklifi ilə çıxış edib. Lakin bunun qarşılığında biz İranın hərbi və siyasi hədələri ilə qarşılaşırıq.

- Dünəndən etibarən Naxçıvanda Türkiyə və Azərbaycanın birgə “Sarsılmaz Qardaşlıq-2021” hərbi təlimləri başlayıb. Bu təlimlərlə iki qardaş ölkə hansı mesajları verir?

- Mesajlardan birincisi budur ki, Azərbaycana təzyiq etmək niyyətində olan ölkələr Şuşa Bəyannaməsini diqqətlə oxuyub çox yaxşı anlamalıdırlar. Türkiyə və Azərbaycanın qurduğu ittifaqın tarixi kökləri var və bu ittifaq çox güclüdür. Keçirilən hərbi təlimlər bunun yalnız kağız üzərində qalan ittifaq olmadığını, ehtiyac yaranacağı halda tərəflərin müdafiə sahəsində bir-biriləri qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdən çəkinməyəcəklərini göstərir.

- Son dövrdə İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilməsi ilə bağlı müsbət irəliləyişlər müşahidə olunur. Bu görüşün baş tutmasını mümkün hesab edirsinizmi və nə kimi nəticələr əldə edilə bilər?

- Burada bəzi təməl məsələlər var. Adətən dövlət və hökumət başçılarından əvvəl müxtəlif səviyyələrdə tərəflərin görüşləri keçirilməlidir. İndi cənab İlham Əliyevlə Paşinyan arasında görüşdən əvvəl də belə qarşılıqlı təmaslar olmalıdır. Əsas problemlər Ermənistanın 10 noyabr bəyanatına uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Bunlardan biri nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Azərbaycan Laçın dəhlizi vasitəsilə ermənilərə yol verib. Lakin Zəngəzur dəhlizi hələ açılmayıb. Məsələ Zəngəzur dəhlizinə gələndə orada dəhlizin açılmasının nəzərdə tutulmadığını iddia edirlər. Digər məsələ qanunsuz erməni silahlılarının Qarabağ bölgəsini tərk etməsidir. Ermənistan öz ordusunun oranı tərk etdiyini deyir, ancaq bölgədə hələ də separatçıların qalıqları və erməni ordusunun qulluqçuları qalır. Bəs, onlar ərazidən çıxarılmasa, əhali məsələn Xocalıya necə qayıdıb orada rahat yaşayacaq? Sonra sərhədlərin delimitasiya və demarkasiya məsələsi də var. Bu məsələ çox həssas və ciddi məsələdir. SSRİ dövründə sərhədlərin qanunsuz şəkildə bölünməsinə, eyni zamanda digər məsələlərə görə bu gün problemlər yaşanır. Ermənistan məsələnin beynəlxalq bir hakimə həvalə olunmasını istəyir və bunun üçün Rusiyanı təklif edir. Səbəb isə hamıya məlumdur. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi də əsas məsələlər sırasındadır. Çünki xəritələr bölgənin yenidən qurulmasının sürətlənməsi üçün mütləq şərtdir. Fikrimcə, İlham Əliyev sadaladığımız istiqamətlərdə Ermənistanın müsbət addımlar atacağı qənaətinə gəlsə, görüş keçiriləcək. Yoxsa, görüş

Diaspora