“Azərbaycan İrandakı səfirini geri çağıracaq”

“Azərbaycan İrandakı səfirini geri çağıracaq” backend

"İran Naxçıvana Azərbaycanın hərbi nəqliyyat yolunu bağlayıb. Proseslər hər iki ölkənin səfirinin geri çağırılması ilə inkişaf edə bilər”.

Qazilər.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, İran Azərbaycana qarşı ciddi təhdidedici addımlar atır:

"İran Azərbaycanla dövlət sərhəddində narkotik qaçaqmalçılıq adı ilə sərhədçilərimizə qarşı silah işlədə bilər. Dövlət sərhədinin cənub və cənub-qərb istiqamətində diqqətli olmalıyıq. Azərbaycan tərəfi ilkin olaraq, səfiri geri çağırmalı və İranın Ali dini rəhbərinin Azərbaycanda nümayəndəsini ölkədən çıxarmalıdır. Ümumiyyətlə, İranın Ali dini rəhbərinin Azərbaycanda ofisi "5-ci" kolon hazırlayır və ölkəmizdə gənclərin ideoloji olaraq iranyönümlü kimi yetişdirirlər”.

Politoloq qeyd edib ki, İran-Azərbaycan əlaqələri geridönməz mərhələyə keçib: "Siyasi atmosfer Tehran tərəfindən qızışdırılır və geosiyasi şərtlərlə barışmır”.

Yenisabah.az

Diaspora