İran İrəvana heyət göndərdi, Gorus-Qafana alternativ tikir

İran İrəvana heyət göndərdi,  Gorus-Qafana alternativ tikir backend

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tələsik Tehrana gedərək ölkəsinin İranla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Bunun qarşılığında Tehran Gorus-Qafan yoluna alternativ yol çəkəcəyini İrəvana vəd edib. Yolu inşa edəcək İran şirkətinin nümayəndə heyəti artıq İrəvanda danışıqlara başlayıb.

Axar.az xəbər veri ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Litvaya səfəri zamanı bu ölkənin erməni icmasının nümayəndələri ilə görüşən Baş nazir Nikol Paşinyan deyib ki, Ermənistan İranın ona verdiyi dəstəyi heç zaman unutmayacaq:

“Birinci Qarabağ savaşında Ermənistan məhz İranın sayəsində blokadadan çıxdı və həyat yolu ilə problemlərini həll etdi” deyən Paşinyan Ermənistanın heç zaman İrana qarşı planlarda iştirak etməyəcəyini and-aman edib. Paşinyan bununla demək istəyib ki, “Ermənistan Azərbaycandan fərqli olaraq İranın düşmənləri ilə dostluq etməyəcək”.

Ermənistan qul psixologiyasından qurtula bilmir, Rusiyaya nökərçilik az idi, indi də ikinci ağaları – İrana sədaqət andı veriblər. Rusiyaya nökərçilik Emənistanı 44 günlük savaşdan xilas etmədi, İrana qulluğun da Ermənistana bir faydası olmayacaq. Əksinə, bir gün gələcək Moskva kimi Tehran da İrəvana kiminlə dostluq, kiminlə münasibətlərdə məsafə saxlamağı əmr edəcək. Tehranın Azərbaycanla bağlı bu oyunu alınmadı, İrəvan isə bəri başdan nökər olmağı vəd edib. Ermənistanın ikinci “xozeyin”ə baş əyməsi Kremlin çox da xoşuna gəlməyəcək. Misal üçün Rusiya və İran Suriya məsələsində ortaq olsalar da, Tehranın Bəşər Əsədə nəzarət etməyə çalışması, Hizbullahdan İsrailə qarşı istifadə etməsi Kremlin xoşuna gəlmir. Rusiyanın İsraillə də yaxın münasibətləri var”.

E.Şahinoğlunun sözlərinə görə, İranın Ermənistanı tədricən nəzarətə götürməyə çalışması Kremlin narahatlığına səbəb olacaq:

“Bizə gəldikdə, necə ki, İrəvan İran-Azərbaycan gərginliyindən öz məqsədləri üçün istifadə etməyə çalışır, rəsmi Bakı da Rusiya-Ermənistan-İran üçbucağının zəif nöqtələrini tapmağa çalışmalıdır. Digər tərəfdən, İranın Azərbaycana artan təzyiqi fonunda qonşu ölkəyə qarşı sanksiyalar tətbiq edən mərkəzlərin də gözlərini açmağa çalışmalıyıq. Xüsusilə Azərbaycanı cəzalandırmağa çalışan ermənipərəst amerikalı konqresmenlərə qarşı ABŞ-dakı daha güclü yəhudi lobbisi ilə təmaslarımızı genişləndirməliyik. İran Azərbaycana qarşı açıq kartlarla oynamağa başlayıbsa, biz də kartlarımızı açmalıyıq. Prezident İlham Əliyev dünən Araz çayının kənarında “hardadır burada İsrail” deyərək Tehranın bəyanatlarına seyrçi qalmayacağını açıq bəyan etdi”.

loading...
Aydinyol.az