“Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfrans keçirilib

“Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfrans keçirilib backend

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfrans keçirilib. Konfransda açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Qars müqaviləsi tək tarixi nöqteyi-nəzərindən deyil, bu günün reallıqlarına baxdıqda hələ də qüvvədə olan, böyük əhəmiyyətə malik bir sənəddir. Fərid Şəfiyev imzaladığı sənədlərdən sonradan imtina edən Ermənistanın 44 günlük müharibənin yekununda imzalanmış 10 noyabr bəyanatını da başqa şəkildə yozmaq istədiyini dilə gətirib. “Ermənistan öhdəlik sözünü qeyri-ciddi qəbul edir. Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndindəki Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni başqa istiqamətə yozmaq istəyirlər. Onlar üçün öhdəlik deyilən bir anlayış yoxdur”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Qaziler.az-a bildirilib ki, daha sonra çıxış edən Türkiyə Prezident Administrasiyasının Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri Aygün Attar bildirib ki, Qars müqaviləsinin əsas maddəsi ondan ibarətdir ki, Ermənistan bölgədəki ölkələrə qarşı ərazi iddialarından tamamilə əl çəkir. Onun sözlərinə görə, sənəd sübut edir ki, Ermənistan o zaman da Türkiyəyə, Gürcüstana və Azərbaycana qarşı torpaq iddialarında olub. “Bu müqavilə Azərbaycanla Türkiyəni Ermənistana qarşı güclü edən bir sənəddir. Qars müqaviləsinin imzalanması Şuşa bəyannaməsinin və Azərbaycan, Türkiyə, Pakistan parlament sədrlərinin imzaladığı Bakı bəyannaməsinin imzalanması üçün hüquqi zəmin yaradıb”.

Aygün Attar qeyd edib ki, Şuşa bəyannaməsi Türkiyə -Azərbaycan münasibətləri üçün siyasi, iqtisadi, hərbi anlamda vacib sənəddir və münasibətlər yeni mərhələyə qədəm qoyması deməkdir. Onun sözlərinə görə, bəyannamə imzalanan zaman hər iki ölkə prezidenti çıxışlarında dəfələrlə Qars müqaviləsinə istinad ediblər.

Daha sonra tədbir panel müzakirələri ilə davam etdirilib. Türkiyəli və azərbaycanlı ekspertlər millət vəkili Musa Qasımlı, Türkiyə Diplomatiya Vəqfinin Direktoru Oğuzhan Bilgin, Bakı Dövlət Universitetinin müəllifi Nəsiman Yaqublu, BMTM şöbə müdiri Cavid Vəliyev, Girəsun Universitetinin müəllimi Yalçın Sarıkaya, QAFSAM idarə heyətinin sədri Araz Aslanlı və BDU-nun müəllimi Mətin Məmmədli Qars müqaviləsinin imzalandığı tarixi şəraitdən, əhəmiyyətindən və bu gün vacib, strateji  sənədə çevrilməsindən danışıblar.

 

loading...
Aydinyol.az