Türkiyə Prezidenti qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyini açıqlayıb

Türkiyə Prezidenti qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyini açıqlayıb backend

“Azərbaycanın ötən il 44 günlük çətin mübarizəsi Zəfərlə nəticələndi. Beləliklə, Azərbaycan 30 illik işğala son qoydu, işğal altındakı torpaqlar, Qarabağ azadlığına qovuşdu”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

 

O, işğaldan azad edilmiş Şuşanı ziyarət etdiyini xatırladıb.

“Azərbaycanlı qardaşlarımızın sevinclərinə şərik olduq. Qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla görüşəcəyik”, - deyə Ərdoğan vurğulayıb.

loading...
Aydinyol.az