Ermənistanın sabiq müdafiə naziri niyə tutulub?

 Ermənistanın sabiq müdafiə naziri niyə tutulub? backend

Sentyabrın 30-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin sabiq müdafiə naziri David Tonoyanın tutulduğunu açıqlayıb. Rəsmi məlumata görə, silah taciri David Qalstyanla birgə tutulan sabiq nazir Ermənistan silahlı qüvvələrinə döyüş sursatı alınmasında çoxsaylı qanunsuzluğa yol verməkdə təqsirləndirilir. David Tonoyan və David Qalstyanın dövlətə 2,3 milyard dram (4,7 milyon dollara yaxın) ziyan vurduğu qeyd olunur.

Novator.az bildirir ki, David Tonoyan 1967-ci ildə Qazaxıstanda doğulub. Yerevan Dövlət Universitetini, Moskva Hərbi Diplomatik Akademiyasını bitirib. Ermənistanın daxili işlər orqanlarında, Hərbi Polisdə, Müdafiə Nazirliyində xidmət edib. Ölkənin Silahlı Qüvvələrinin NATO-dakı nümayəndəsi, müdafiə nazirinin birinci müavini, fövqəladə hallar naziri olub.

Müdafiə naziri postunu 2018-ci il mayın 11-dən 2020-ci il noyabrın 20-dək tutub.

Mənbə: Armeniasputnik.am

loading...
Aydinyol.az