Ərdoğanla Putin Soçidə görüşdü - VİDEO

Ərdoğanla Putin Soçidə görüşdü -  VİDEO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə baş tutan görüş yekunlaşıb.

Mətbuata qapalı keçirilən görüş 2 saat 45 dəqiqə davam edib.

14:58

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezident Vladimir Putin arasında görüş başlayıb. 

Görüş mətbuata qapalı keçirilir.

Qeyd edək ki, Ərdoğanın səfəri Rusiyanın dövlət başçısının dəvəti ilə təşkil edilib.

13:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə yola düşüb.

Dövlət başçısını bu səfərdə Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin sozçüsü İbrahim Kalın müşayiət edir.

Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin prezidentin rəsmi iqamətgahında görüşəcəklər.

Məlumata görə, Ərdoğanın Putinlə görüşündə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, həmçinin cari regional inkişaf və beynəlxalq problemlər, xüsusilə Suriya, Liviya və Əfqanıstanda baş verənlər müzakirə ediləcək.

Mənbə: “Anadolu Agentliyi”

loading...
Aydinyol.az