Soçidə kritik Putin-Ərdoğan danışıqları: İdlib, Qarabağ, “Bayraqdar”...

Soçidə kritik Putin-Ərdoğan danışıqları:  İdlib, Qarabağ, “Bayraqdar”... backend

İki liderin görüşündə hansı razılaşmalar olacağı ilə bağlı maraqlı proqnozlar

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfər edəcəyini təsdiqləyib. Ötən həftə bu barədə məlumatı “Reuters” agentliyi anonim Türkiyə rəsmilərinə istinadən yaymışdı.

Bildirilirdi ki, səfərdə əsas məqsəd Suriyanın şimalında yenidən gərginləşən vəziyyəti müzakirə etməkdir. Amma danışıqlarda Qarabağ, o cümlədən Ukraynaya “Bayraktar TB2" dronlarının satılması kimi mövzular da müzakirə olunacaq. ”Həqiqətən Türkiyə prezidenti Ərdoğanın Rusiya Federasiyasına işgüzar səfəri hazırlanır... Gündəm mövzuları ikitərəfli münasibətlərdən başlamaqla çox genişdir", - Peskov deyib. O əlavə edib ki, danışıqlarda Suriya problemi də başlıca mövzulardan biri olacaq. Peskovun sözlərinə görə, Rusiya-Türkiyə münasibətləri çoxplanlıdır və prezidentlərin bu kontekstdə danışmağa mövzuları həmişə tapılır.

Qeyd edək ki, Suriyanın şimalında, bir il əvvəl Türkiyə və Rusiyanın birbaşa hərbi toqquşma riskinə gəlib çatdıqları İdlib bölgəsində vəziyyət yenidən gərginləşib.  Rusiya aviasiyası və Bəşər  Əsəd rejimi qüvvələri son günlər Suriyanın şimalında, İdlibdə müxalif qruplaşmalara qarşı hücumları artırıb. Rusiya aviasiyası o cümlədən Türkiyə sərhədinin cəmi bir neçə kilometrliyindəki yaşayış məntəqələrini və Türkiyə ordusunun müşahidə məntəqələrinin yaxınlığındakı nöqtələri vurub. Habelə PKK/YPG terrorçularının hücumları nəticəsində Türkiyə ordusu Suriyanın şimalında itkilər verir. İdlibdə Əsəd rejimi və Türkiyəyə bağlı müxalif qruplaşmalar arasında döyüşlər 2020-ci ilin martında Ankara ilə Moskva arasında əldə edilmiş atəşkəs razılaşması əsasında dayandırılmışdı. Həmin vaxt Türkiyə ordusunun “Bayraktar” və digər dronları Əsəd ordusunun İdlibə hücumunun dayandırılmasına, hökumət qüvvələrinin və onlara bağlı qrupların ağır itkilər verməsinə səbəb olmuşdu. İndi isə Əsəd yenidən İdlibə nəzarət etmək niyyətindədir və ehtimal olunur ki, Suriya diktatoru bu məsələni bir neçə gün əvvəl Moskvaya sürpriz səfəri zamanı Putinlə müzakirə edib.

Ərdoğan və Putin Dağlıq Qarabağı müzakirə ediblər | Report.az

Bildirilir ki, hər iki tərəf-həm Rusiya, həm Türkiyə 18 ay bundan əvvəl imzalanmış atəşkəs razılaşmasının pozulmasından şikayətlənir.

Şübhəsiz ki, Ankara və Moskva Qarabağla və Ermənistanla sərhədlə bağlı məsələni də müzakirə edəcəklər. Məlum olduğu kimi,  Türkiyə bu ilin əvvəllərində Ukraynaya, daha sonra isə NATO üzvü Polşaya “Bayraktar” dronları satmaqla Rusiyanı narazı salıb. Bu mövzu da heç şübhəsiz ki, müzakirə masasında olacaq.

Bütün bunlara baxmayaraq, hesab etmək olarmı ki, istənilən halda, Rusiya və Türkiyə kritik mövzularda anlaşmağa meyllidirlər? Rusiya ilə Türkiyənin anlaşması isə Azərbaycanın xeyrinədir.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yenicag.Az

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, son zamanlar Rusiyanın Suriyada, həm də Cənubi Qafqazda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışdığı ilə bağlı konkret faktlar üzə çıxmağa başlayıb: “İdlibdə Suriya müxalifətinin mövqelərinə nöqtə atışları etməsi və orada bir sıra mühüm əhəmiyyətli mövqelərin bombardman edilməsi, eləcə də Azərbaycan ərazisindəki Rusiya sülhməramlılarının üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməsi, separatçı ermənilərə şərait yaratmaları və digər məqamlar Rusiyanın öz üzərinə götürdüyü öhdəliklərdən yayınması cəhdləridir. Baş verənlər həm Türkiyədə, həm də Azərbaycanda narazılıq yaradır. Yəqin ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşündə narazılığını ciddi şəkildə bildirəcək. Vladimir Putin əlbəttə, ona edilən narazılığa, müraciətə münasibətdə müəyyən siyasi manevrlər etməyə çalışacaq. Rusiyaya qarşı irəli sürülən iddiaların altında çıxmağa cəhd edəcək. Bu da təbiidir. Amma Ərdoğanın faktlara əsaslanan sərt məntiqi qarşısında yəqin ki, Rusiya lideri razılaşmalı və geri çəkilməli olacaq. Rusiya hazırda əvvəlki illərdə olduğu kimi heç də hər istədiyini edə bilmir və bundan sonra da edə bilməyəcək. Rusiya bilir ki, öhdəliklərin daha geni miqyasda pozulması halında Türkiyədən çox sərt cavab olacaq. İndiki halda isə Kremlə Türkiyə ilə münasibətlərin pozulması sərf etmir. Ona görə də Rusiya Türkiyə ilə son illərdə nümayiş etdirdiyi anlaşma siyasətini davam etdirməli olacaq”.

Politoloq qeyd etdi ki, Qarabağ məsələsində də Türkiyənin platforması bəllidir. Rusiya burada Türkiyənin strateji maraqlarını nəzərə almağa məhkumdur: “Ərdoğanın Rusiya səfərində Putinlə danışıqlarda Qarabağla əlaqədar bir çox məsələlər sözsüz ki, müzakirə ediləcək. Rusiyaya çatdırılacaq ki, bölgədə müsbət irəliləyişlərin kilid ismi Azərbaycandır və Azərbaycanın maraqlarını nəzərə almadan Türkiyə ilə münasibətləri normal saxlamaq mümkün olmayacaq. Ona görə də mənə elə gəlir ki, Ərdoğanın səfərindən sonra Qarabağ məsələsində yeni bir müsbət hərəkətlənmənin şahidi ola bilərik. Putin Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bu baxımdan da hesab edirəm ki, prezident Ərdoğanla görüşdə son zamanlar ortaya çıxan mənfi tendensiyalara son qoyacaq anlaşmalar olacaq. Rusiya ilə Türkiyənin anlaşma və əməkdaşlıq içərisində olmasının isə Azərbaycanın maraqlarına uyğun olduğunu yaxın keçmişin təcrübəsi göstərir”.


“Yeni Müsavat”

Diaspora