Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adına parkın açılışı olub - FOTO

Türkiyədə Milli Qəhrəman Şirin Mirzəyevin adına parkın açılışı olub - FOTO backend

Bu gün Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına salınmış parkın açılışı olub.

APA-nın yerli bürosuna xəbərinə görə, Bursanın Karacabəy rayonunun Kurşunlu məhəlləsində salınan parkın açılış mərasimində Birinci Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Şirin Mirzəyevin döyüş yolundan, Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı qazandığı qələbədən, qardaş Türkiyənin hər zaman Azərbaycana verdiyi dəstəkdən bəhs edilib.

Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimov və Şirin Mirzəyevin adını daşıyan parkların açılması Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi adlandırılıb. Azərbaycanın digər qəhrəmanlarının da adına parkların salınması prosesinin davam edəcəyi nəzərə çatdırılıb.

Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova və “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin sədri Hüseyn Vəliyev Milli Qəhrəmanın adının Türkiyədə əbədiləşdirilməsinə görə Karacabəy bələdiyyəsinə xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Diaspora