“Son günlərdə Gorus-Qafan yolunda baş verən biabırçılıq gizli bir sövdələşmənin nəticəsidir” - Erməni deputat

“Son günlərdə Gorus-Qafan yolunda baş verən biabırçılıq gizli bir sövdələşmənin nəticəsidir” -  Erməni deputat backend

“Son günlərdə Gorus-Qafan yolunda baş verən biabırçılıq gizli bir sövdələşmənin nəticəsidir”.

Qazilər.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Hayastan” blokundan olan deputatı Artur Qazinyan yazıb.

Qazinyan yazıb ki, təhvil vermə İlham Əliyevlə əldə edilmiş şifahi anlaşma nəticəsində baş verib, Ermənistan Silahlı Qüvvələrinin yerləşdirilməsi üçün isə “sovet Ermənistanı”nın sərhədləri başlanğıc nöqtəsi kimi qəbul edilib.

“Rusiya Federasiyası 10 noyabr bəyanatının həyata keçirilməsinin qarantı olub və belə də qalır, buna görə də Nikol Paşinyanın “hərbi eskalasiyadan qaçmaq” haqqında iddiası yalandır, hərbi eskalasiya təhlükəsi olmayıb və ola bilməzdi”, - deyə o qeyd edib.

Ordu.az

Diaspora