Kreml: Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir

Kreml:  Ərdoğanın Rusiyaya səfərinə hazırlıq gedir backend

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Putinlə danışıqlar üçün Ərdoğanın Rusiyaya səfərinin geniş gündəliyi hazırlanır”, - deyə Peskov bildirib.

D. Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimri Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə etməyi planlaşdırırlar: “Ərdoğanın Rusiyaya işgüzar səfərinə hazırlıq gedir. Gündəlikdə olan məsələlər genişdir, ikitərəfli münasibətlər çoxplanlıdır, prezidentlər üçün hər zaman bu kontekstdə danışmağa mövzu var. Lakin əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq”.

Diaspora