Rus gəmilərin Bakıda "Mehtər" marşı ilə qarşılanması...

Rus gəmilərin Bakıda "Mehtər" marşı ilə qarşılanması... backend

Rusiyanın Xəzər donanmasının iki hərbi gəmisi - “Astraxan” və “Anatoliy Qujvin” - qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəlib. Səfər sentyabrın 20-də qədər davam edəcək.

Hərbi gəlimləri Bakıya göndərən Kremli iki məsələ narahat edir:

Birincisi, Türkiyə-Azərbaycan Hərbi Dəniz Qüvvələrinin son təlimləri və Ankaranın bununla Xəzərə daxil olması;

İkincisi, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin yenidən qurulması prosesindən kənarda qalmaq;

Türkiyənin Mərkəzi Asiyada aktivləşməsi fonunda Xəzərə gəlişi sahilyanı türk dövlətləri üçün də Moskva qarşısında alternativ qapı açır: Türkmənistanın Türk Şurasının tamhüquqlu üzvü olmasından sonra (növbəti ay gözlənilir) analoji təlimlər Ankara və Aşqabad arasında da keçirilə bilər; bu proseslər fonunda Tranxəzər layihəsinin aktuallaşacağı gözləniləndir;

Rusiya Bakıya hərbi gəmi göndərməklə Ankaranın Xəzər açılımına qarşı gediş edir, lakin Moskvada anlayırlar ki, geosiyasi dəyişikliklər fonunda Ankara-Bakı xəttini qıra bilməyəcəklər və bunun üçün “əməkdaşlıq” istiqamətində hərəkət edirlər: Xəzərdəki təlimə İrandan fərqli olaraq, Rusiyanın yumşaq reaksiyası da bu kontekstdə təsadüfi deyildi;

Moskvanın Xəzərlə bağlı Bakıdan iki mümkün istəyi ola bilər:

1. Xəzəri Türkiyə-Azərbaycan strateji əməkdaşlığından maksimum kənarda saxlamaq;

2. Azərbaycan donanmasının yenidən qurulmasında iştirak etmək: bununla Azərbaycanın “Türkiyənin Xəzərə gəlişi donanmanın gücləndirilməsinə kömək məqsədi daşıyır” arqumentinə qarşı alternativ təklif verirlər;

Bakı körpüləri yandırmamaq üçün qapıları Moskvanın üzünə açır, təkliflərə, əməkdaşlığa açıq olduğunu göstərir, lakin tərəfini də aşkar şəkildə bəlli edir: rus hərbi gəmilərinin “Mehtər” marşı ilə qarşılanması dəqiq mesajdır;

Proseslər həm də onu deməyə əsas verir ki, regionda dəyişən siyasi reallıqlar fonunda Xəzər dənizinin yeni gərginlik ocağı olacağı ehtimalı böyükdür. 

loading...
Aydinyol.az