Qarabağ müharibəsi dünyanın dəyişdiyini göstərdi - Sərkisyan

Qarabağ müharibəsi dünyanın dəyişdiyini göstərdi -  Sərkisyan backend

"2020-ci ildə başlayan müharibə çox fərqli idi. Neft və qaz ehtiyatlarına malik olan Azərbaycan silahlanmaya böyük sərmayə qoyub. Ermənilər daha müasir texnologiyalarla mübarizə apardılar. Buna Türkiyənin münaqişəyə qarışması faktoru da əlavə edilə bilər".

Axar.az xəbər verir ki, bunu Fransanın kurort şəhəri Şamonidə keçirilən tədbirlərdən birində çıxışında Ermənistan Prezidenti Armen Sərkisyan deyib.

Sərkisyan bildirib ki, bu müharibə dünyanın, geosiyasətin dəyişdiyini göstərdi:

"Bunu dərk edərək güclü dövlət qurmaq lazımdır. Gecikmək iqtisadiyyatda və elmdə məğlubiyyətlərlə nəticələnə bilər”.

Sərkisyan iddia edib ki, diasporun köməyi ilə bu yeni dünyada kiçik, lakin güclü bir ölkə ola bilərlər.

Diaspora