İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir - FOTOFAKT

İranın yük maşınlarına verilən sənəddə Xankəndi Ermənistan ərazisi kimi göstərilir -   FOTOFAKT backend

"Gördüyünüz 22 avqust 2021-ci il (2021/08/22) tarixli nəqliyyat qaiməsində (CMR) aydın qeyd olunur ki, Təbrizdən Xankəndiyə bitum daşınır. Bitum adətən yol inşaatında işlədilir. Diqqətimi çəkən əsas məqam isə təyinat məntəqəsi kimi - STEPANAKERT, ARMENIA yazılmasıdır".

Yenisabah.az xəbər verir ki, bu sözləri vəkil Aslan İsmayılov "Facebook" hesabında yazıb.

"İran dövlətinin rəsmi sənədində Azərbaycanın ərazi bütövlüyü tanınmır. Sənədin həqiqi olmasına şübhəm yoxdur, çünki bütün məlumatlar aydın qeyd olunub. Hesab edirəm ki, bütün olub keçənlərdən sonra bu sənədin ortaya çıxması İran hakimiyyətinin Azərbaycana hansı mövqedə durmasını gün kimi aydın göstərir", - vəkil bildirib.