Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - FOTO

Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib -  FOTO backend

Türkiyənin Azərbaycandakı Səfirliyi sosial şəbəkə səhifələrində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşım edib.

“Bakının qurtuluşunun 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla, onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükran və rəhmətlə anırıq. Türkiyə-Azərbaycan qardaşlığı “bir millət, iki dövlət” anlayışı ilə əbədi yaşayacaqdır”, - paylaşımda qeyd edilib.