Sarkisyan Qarabağın işğalında iştirak edən erməniyə yüksək vəzifə verdi

Sarkisyan Qarabağın işğalında iştirak edən  erməniyə yüksək vəzifə verdi backend

General-mayor Kamo Koçuns Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyin edilib.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə ölkə Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

K.Koçunsdan əvvəl bu vəzifədə Arşak Karapetyan çalışıb. O, hazırda Ermənistanın müdafiə naziridir.

Qeyd edək ki, K.Koçuns 8 il sovet ordusunda xidmət edib. Əfqanıstan müharibəsi veteranıdır. 1985-1987-ci illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 1992-1994-cü illərdə Azərbaycanın Qarabağ bölgəsi və ətraf rayonlarının işğalında iştirak edib.

Diaspora