Azərbaycan Avropanın qara siyahısında

 Azərbaycan Avropanın qara siyahısında backend

Azərbaycanın və daha 5 ölkənin (Ermənistan, Albaniya, Serbiya, Bruney, Yaponiya) ərazisindən Avropa İttifaqına səfər yasaqlanır. Novator.az-ın məlumatına görə, Avropa İttifaqı Şurasının sentyabrın 9-da verdiyi rəsmi tövsiyə Azərbaycan, Ermənistan, Albaniya, Serbiya, Bruney və Yaponiyada koronovirus infeksiyasının yeni dalğası fonunda epidemioloji vəziyyətin ağırlaşması ilə əsaslandırılıb.

Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir.

Hazırda 13 ölkədən (Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya, Sinqapur, Çin, Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Ukrayna, Moldova, Bosniya və Herseqovina, Kanada, Uruqvay) Avropa İttifaqı məkanına giriş sərbəstdir.

Avropa İttifaqı Şurası səfər məhdudiyyəti siyahısını iki həftədən bir yeniləyir. Ancaq ittifaq ölkələri qərar qəbul etməkdə sərbəstdir.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 221 ölkə, ərazi və məkana yayılan koronavirus infeksiyası 4 milyon 621 mindən çox adamın ölümünə səbəb olub.

Azərbaycanda koronavirusa ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Son rəsmi hesabata görə, 452536 nəfər koronavirusa yoluxub, onların 5994-ü vəfat edib.

Novator.az