"Heç bir rus ukraynalılarla döyüşmək istəmir" - Kalaşnikov

"Heç bir rus ukraynalılarla döyüşmək istəmir" -  Kalaşnikov backend

Rusiya Dövlət Dumasının (parlament) deputatı Leonid Kalaşnikov Zelenskinin sözlərini şərh edib.

Unikal.org xəbər verir ki, Kalaşnikov Ukrayna ilə müharibənin yalnız Kiyev tərəfindən müharibə başladıldığı halda baş verə biləcəyini söyləyib.

"Bu bizim qardaş xalqımızdır və heç kim o xalqla savaşmaq istəmir. Açığ deyim ki, heç bir rus ukraynalılarla döyüşmək istəmir", - deyə Dövlət Dumasının deputatı bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Zelenski bu gün verdiyi açıqlamada Rusiya ilə müharibə olacağını istisna etməyib.