Azərbaycanlılar qayıtmağımı istəyir - Saakaşvili

Azərbaycanlılar qayıtmağımı istəyir -  Saakaşvili backend

Gürcüstanda yaşayan azərbaycanlılar mənim ölkəyə qayıtmağımı istəyir.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

“Gürcüstanın azərbaycanlı vətəndaşlarının 95 faizi televiziyanın keçirdiyi sorğuda bildiriblər ki, qəti şəkildə mənim ölkəyə qayıtmağımı tələb edirlər. Onlar yalnız mənim hakimiyyətim dövründə sakit, sülh içində yaşadılar və sabah üçün qorxuları yox idi”, - Saakaşvili bildirib.