Bizi əmin edirlər ki, hər şeyi itirmişik - Abramyan

Bizi əmin edirlər ki, hər şeyi itirmişik -  Abramyan backend

Müharibədən sonrakı dönəmdə ən böyük problemlərdən biri odur ki, bizim xalqı psixoloji baxımdan məhv etməyə çalışırlar.

Axar.az xəbər verir ki, bu sözləri öz feysbuk səhifəsində Ermənistan parlamentinin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan paylaşıb. Onun sözlərinə görə, saxta sülhməramlı motivlər və vədlərlə orduda və cəmiyyətdə mübarizə ruhunu sındırmağa çalışırlar:

“Bizi əmin etmək istəyirlər ki, ermənilərin qələbə üçün şansı yoxdur. Bizi əmin etməyə cəhd edirlər ki, bundan artıq mübarizə aparmağa ehtiyac yoxdur, çünki hər şeyi itirmişik. Yekun hədəf olaraq bizi yeni güzəştlərə itələyirlər, əmin edirlər ki, bunlar olmadan sülh olmayacaq”.