Rus sosioloq: Taliban gəldi, əfqanların azadlığı artdı!

Rus sosioloq:  Taliban gəldi, əfqanların azadlığı artdı! backend

Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsinə baxmayaraq, dinc əhali daha çox azadlığa sahib oldu.

Axar.az xəbər verir ki, bu sözləri bu yaxınlarda Əfqanıstanda araşdırma aparan rusiyalı sosioloq Maksim Şuqaley deyib.

“Demokratiya orada əvvəldən olmayıb. Düşünürəm ki, ABŞ-ın oraya təyin etdiyi demokratiya yaxşı heç nə gətirmədi. Demokratiyada insanlar özləri seçim edə, istədiklərini edə bilərlər. Mənə elə gəlir ki, inancı və başlıca dəyəri islam olan insanların hakimiyyətə gəlişi ilə insanların azadlığı daha da artdı. Ən əsası ona görə ki, korrupsiya getdi. İndi Əfqanıstanda insanlar nələrəsə nail olmaq üçün istədikləri fəaliyyətlə məşğul ola bilərlər”, - deyə Şuqalyev bildirib

Diaspora