4 ölkənin lideri Kabildə görüşə hazırlaşır

4 ölkənin lideri Kabildə görüşə hazırlaşır backend

Rusiya, Çin, ABŞ və Pakistan Kabildə Əfqanıstanla bağlı görüş keçirəcəklər.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.

Bildirilib ki, vəziyyətin stabilləşməsindən və aeroportun fəaliyyətinin bərpa edilməsindən sonra tərəflər Əfqanıstanın paytaxtı Kabil şəhərində görüş keçirəcəklər.

Görüşdə Əfqanıstanla bağlı məsələlər müzakirə ediləcək.